Göygöldəki yanğın qəsdlə törədilib

Göygöldəki yanğın qəsdlə törədilib
  01 Fevral 2023    Oxunub:774
Göygöl rayonunda yerləşən mebel mağazasındakı yanğın qəsdlə törədilib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gecə rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti