Baş prokuror Kürdəmirdə qəbul keçirəcək

Baş prokuror Kürdəmirdə qəbul keçirəcək
  01 Fevral 2023    Oxunub:631
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev fevralın 10-da saat 10:00-da Kürdəmir Rayon Prokurorluğunun inzibati binasında Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Ağsu və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Kürdəmir rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48, (012) 361-14-07 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti