Şəhid övladları üçün Türkiyədə təşkil olunan qış düşərgəsi başa çatıb

Həmçinin Beyoğlu Bələdiyyə sədri Haydar Ali Yıldız, Ankara millət vəkili Zeynep Yıldız, T3 Fondunun koordinatoru Muhammet Saymaz ilə görüşlər keçirilib.
Bəyoğlu Bələdiyyəsi Kefken kampında qalan iştirakçılar sosial və idman fəaliyyətlərinə də cəlb olunublar.
Layihə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə təməli qoyulan Türkiyə Cümhuriyyətinin 100 illiyi, eyni zamada “Heydər Əliyev İli” çərçivəsində reallaşdırılıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” çağırışları bu tədbirin də əsas mahiyyətini təşkil edib.
Teqlər: