Bakı-Gəncə qatarı texniki səbəbdən gecikib

   Bakı-Gəncə qatarı texniki səbəbdən gecikib
  01 Fevral 2023    Oxunub:689
Bu gün Bakıdan Gəncəyə gedən elektrik qatarının qrafikində gecikmə qeydə alınıb. Belə ki, 08:45-də Bakıdan çıxan qatar 12:25-də Gəncəyə çatmalı idi. Amma qatar Gəncəyə 14:05-də çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, qatarın təyinat nöqtəsinə gec çatmasının səbəbi texniki nasazlıq olub.

"Bu gün Bakıdan Gəncə istiqamətində hərəkət edən sərnişin qatarı
Dəliməmmədli-Zazalı mənzilindən keçərkən qatarda texniki nasazlıq baş verib.
Mütəxəssislərimiz tərəfindən texniki nasazlıq aradan qaldırılıb və köməkçi
lokomitvlə qatarın hərəkəti təmin edilib".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti