Ombudsman Quranın yandırılmasına görə etiraz məktubu göndərdi

Məktubda İslam dininə bu cür hörmətsizliyə qarşı İsveç polisinin etinasız münasibətinin qəbuledilməz olduğu qeyd olunub. Eyni zamanda, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş vicdan və din azadlığı hüququnun təmini və müdafiəsi sahəsində dövlətlərin öhdəlik daşıdığı vurğulanıb.
Yekunda Azərbaycan Ombudsmanı bu kimi hadisələrin gələcəkdə təkrarlanmaması və dini nifaq yaradan əməllər törədən şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi üçün İsveçin Bərabərlik üzrə Ombudsmanı tərəfindən lazımi addımların atılacağına ümidvar olduğunu qeyd edib.
AzVision.az
Teqlər: