"Al Arabiya”: "Artan təklif fonunda qazın qiyməti aşağı düşür"

      "Al Arabiya”:    "Artan təklif fonunda qazın qiyməti aşağı düşür"
  01 Fevral 2023    Oxunub:999
Bazarda yanacaq qıtlığının olacağı ilə bağlı bütün proqnozlara baxmayaraq, qiymət kotirovkaları azalmaqda davam edir.
Bu barədə “Al Arabiya” məlumat yayıb. Bildirilib ki, qaz qiymətləri hələ də normallaşa bilmir. Bazarlarda təklif olunan xammalın həcmi onlara olan tələbatı üstələyir. Lakin ekspertlər yanacaq çatışmazlığını bəyan edərək, bu vəziyyəti qeyri-mümkün hesab edirdilər.

Nəşr qeyd edib ki, Avropa üçün indiki vəziyyət ən yaxşı şəkildə inkişaf edir. Öz növbəsində, Avropada qazın qiymətinin aşağı düşməsi son vaxtlar regiona mayeləşdirilmiş təbii qazın (LNG) ixracını kəskin şəkildə artıran ABŞ üçün sərfəli deyil.

Məqalədə qeyd edilir ki, Avropada isti havanın müşahidə edilməsi qazın qiymətini aşağı salıb. Həmçinin Avropa ölkələrinin istehlak olunan enerjinin həcmini azaltmaq üçün həyata keçirdikləri bir sıra tədbirlər də vəziyyətə ciddi təsir göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti