"İkinci "Togg" elektromobili İlham Əliyevə veriləcək" - Ərdoğan

   "İkinci "Togg" elektromobili İlham Əliyevə veriləcək" -    Ərdoğan
  02 Fevral 2023    Oxunub:600
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli istehsalı olan “Togg” elektromobilinin ikincisinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini deyib.
AzVision.az xəbər verir ki, Ərdoğan bu barədə TRT-yə müsahibəsində deyib.

"Birinci avtomobilin sifarişini verdim. Rəng seçimini isə xanımıma buraxdım. Dərhal növbəyə İlham bəy (Prezident İlham Əliyev-red) keçdi. Əliyev ikincini mənə verin dedi".

Xatırladaq ki, Türkiyənin yerli avtomobili “Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti