Bakıda törədilən qətllə bağlı cinayət işi başlanılıb

   Bakıda törədilən qətllə bağlı cinayət işi başlanılıb
  02 Fevral 2023    Oxunub:893
Baş Prokurorluq Sabunçu rayonundakı qətllə bağlı məlumat yayıb.
Qurumdan AzVision.az -a verilən xəbərə görə, fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatova nın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti