Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən keçirilmiş başçəkmələr zamanı yemək qəbulundan imtina etməsi ilə bağlı məlumatlar yayılmış Bəxtiyar Hacıyev də fərdi qaydada qəbul edilib. Fərdi qəbul zamanı onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi yerində araşdırılıb, müraciəti dinlənilib.
Başçəkmələr çərçivəsində keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər. Qeyd olunmalıdır ki, Bəxtiyar Hacıyevin hüquqları ilə bağlı ailə üzvləri və hüquq müdafiəçiləri tərəfindən Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.
AzVision.az
Teqlər: