Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var

   Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var
  02 Fevral 2023    Oxunub:571
Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
AzVision.az xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya düşən avtomobillərdən biri ANAMA agentliyinə məxsusdur. Qəzada xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)
AzVision.az



Teqlər:





Xəbər lenti