Şəmkirdə yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var

   Şəmkirdə yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var
  02 Fevral 2023    Oxunub:518
Şəmkir rayonunun Qasımalılar kəndində minik avtomobili yük maşını ilə toqquşub, ölən və xəsarət alan var.
Məlumata görə, "VAZ" və "KamAZ" markalı avtomobillərin toqquşması nəticəsində minik maşınının sürücüsü, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Elvin Nazim oğlu Abdullazadə ağır xəsarət alıb. Onun sərnişini olan qonşusu, 2007-ci il təvəllüdlü İlkin Elman oğlu İmanov isə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti