Cəlilabadda təndirxana yanıb

Cəlilabadda təndirxana yanıb
  02 Fevral 2023    Oxunub:670
Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 15 m² olan təndirxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb.
AzVision.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Təndirxananın qalan hissəsi və ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Teqlər:





Xəbər lenti