Ölkədə kardioloji və onkoloji xəstəliklərlə bağlı mənfi statistika yaranıb

   Ölkədə kardioloji və onkoloji xəstəliklərlə bağlı  mənfi statistika  yaranıb
  04 Fevral 2023    Oxunub:1064
Dünyada, o cümlədən Azərbaycanda kardioloji və onkoloji xəstəliklərlə bağlı statistik göstəricilər heç də ürəkaçan deyil. Hər il onkoloji və kardioloji xəstələrin sayı artır. Dünyada səhiyyənin əldə etdiyi nailiyyətlərə baxmayaraq, ürək-damar sistemi xəstəlikləri və onkoloji xəstəliklər ölüm sayına görə təəssüf ki, birinci yeri tutmaqda davam edir.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova jurnalistlərə müsahibəsində deyib.

G.Dadaşovanın sözlərinə görə, dünyada həmin xəstəliklərlə bağlı artan tendensiyanı nəzərə alaraq bu gün ölkəmizdə ilk dəfə olaraq kardioonkologiya sahəsində tədbir keçirilir: "Məqsədimiz həmin xəstəliklərə bir daha diqqətin yönləndirilməsidir. Ən önəmlisi "Kardioonkologiya: problemə müasir baxışlar" mövzusunda konfrans Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər sırasındadır. Tədbir beş sessiyadan ibarətdir. Konfransda Azərbaycanda və Türkiyədə öz sözünü deyən professional həkimlər iştirak edirlər. Hər bir sessiyada kardioloq, onkoloq, kardiocərrah, hematoloq, radioloqlardan ibarət yüksəkixtisaslı ekspertlər aktual mövzuları müzakirə edəcəklər. Tədbirdə 350-dən çox iştirakçı qeydiyyatdan keçib. Ümid edirəm ki, həmin xəstəliklərin müalicəsində multidisiplinar yanaşmanın tətbiq olunmasına nail olacağıq".

AzVision.az



Teqlər: Xəstəlik  





Xəbər lenti