300 gənc arasında tarix mövzusunda intellektual oyunlar keçirilib - FOTOLAR

300 gənc arasında tarix mövzusunda intellektual oyunlar keçirilib - FOTOLAR
  06 Fevral 2023    Oxunub:1123
“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi tədbirlər yekunlaşıb. Tədbirlər “Ulu Öndərin 100 illiyi”nə həsr edilmiş gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunlar layihəsi çərçivəsində keçirilib.
Gənclər, təhsil müəssisələrinin müəllim və şagird heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak etdiyi bu tədbirlərdən öncə dövlət himnimiz səsləndirilibb, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Gənclər Fondu, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat verib.. A.Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Layihənin eksperti Ümüdvar Həsənov Heydər Əliyevin parlaq və şərəfli həyat yolu ilə bağlı məlumat verdikdən sonra gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunlar həyata keçirilib.

Qeyd edilir ki, İsmayıllı, Göyçay, Qəbələ rayonlarında 26.01.2023 – 03.02.2023-cü il tarixlərində, dörd mərhələdən və hər mərhələ 4 istiqamət üzrə (Azərbaycan tarixi, Ulu Öndər Heydər Əliyev, Qarabağ, Şanlı Zəfər tarixi) olmaqla həyata keçirilən intellektual oyunlarda 300 nəfərdən çox gənc iştirak edib. Bütün iştirakçılara sertifikatlar, qalib komandalara hədiyyələr təqdim edilib.





AzVision.az



Teqlər:





Xəbər lenti