İbrahimoviçə yüksək vəzifə təklif etdilər

İbrahimoviçə yüksək vəzifə təklif etdilər
  19 May 2014    Oxunub:1169
PSJ-nin futbolçusu Zlatan İbrahimoviç karyerasını başa vurandan sonra klubun idman direktoru postunu tuta bilər.
Bu barədə Paris klubunun prezidenti Nasser əl-Helaifi bildirib.

O, artıq Zlatanla danışdığını vurğulayıb: “Onun futbolçu karyerası başa çatandan sonra, PSJ-də qalmasını istəyirəm. Əgər İbrahimoviç təklifimizi qəbul etsə, dünyanın ən yaxşı idman direktoru olacaq. Zlatan böyük hörmətə sahibdir. Mən onun professionallığını qiymətləndirirəm”.( Apasport.az)


Teqlər:





Xəbər lenti