Ohanyan hərbi obyektləri satıb- Baş prokuror cinayət işi açılmasını tələb edir
Baş prokuror qeyd edib ki, deputat müdafiə naziri işləyən vaxtlarda 2 hərbi hissənin ərazisini və binalarını satıb. Onun sözlərinə görə, Seyran Ohanyan cinayət cəzasından yayına biləcək.
"Lakin biz cinayət işi ilə məhdudlaşmırıq. Belə hallarda dövlət maraqlarının müdafiəsi üçün də iddia göndərilir. Məqsəd təkcə cəza deyil, həm də dövlət əmlakının qaytarılmasıdır", - Vardapetyan bildirib.
Baş prokuror onu da bildirib ki, Ohanyan istənilən vaxt günahını etiraf edə bilər və bu halda onun toxunulmazlıqdan məhrum edilməsinə ehtiyac qalmayacaq. Heç real əsl cəza ilə də üzləşməyəcək.
Ohanyan hələlik ittihamlara tutarlı cavab verməyib. Hazırda parlamentdə onun toxunulmazlığının ləğv edilməsi ilə bağlı qapalı iclas keçirilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ohanyan