“Hayastan” fraksiyasının təmsilçisi Aqvan Vardanyan bu gün jurnalistlərə verdiyi açıqlamada deyib ki, hakimiyyətin Ankara ritorikasını qəbul edə bilmir. O, Türkiyənin 44 günlük müharibədəki rolunu, Azərbaycana dəstəyini xatırladıb və İrəvanın bunu unutduğunu iddia edib.
Zəlzələyə sevinən Şirinyandan sərsəm "xatırlatma" |
Vardanyan İrəvanın 44 günlük müharibədən sonra Ankara ilə münasibətləri normallaşdırmaq siyasətini ümumiyyətlə qəbuledilməz və qüsurlu sayıb.
Xatırladaq ki, bu gün İrəvanın axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün Türkiyəyə 27 xilasedici göndərdiyi məlum olub. Fevralın 7-də isə Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, zəlzələ ilə bağlı ona başsağlığı verib.
Maraq üçün qeyd edək ki, Robert Koçaryana yaxınlığı ilə seçilən və daşnakların əsas kadrlarından olmuş Vardanyan Azərbaycanın çörəyi ilə böyüyüb. O, Naxçıvanın Şahbuz rayonunda anadan olub.
Tural Tağıyev
AzVision.az