Zəlzələyə sevinən Şirinyandan sərsəm "xatırlatma"

  Zəlzələyə sevinən Şirinyandan    sərsəm "xatırlatma"
  07 Fevral 2023    Oxunub:1213
Ermənistanın bəzi siyasətçi və fəalları Türkiyədə 2 minə yaxın insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələyə görə sevindiklərini gizlətmirlər.
AzVision.az xəbər verir ki, daşnaklardan tutmuş radikal siyasətçilərə qədər sosial şəbəkələrdə paylaşımlar edərək anormal fikirlər səsləndirirlər.

Məsələn, ehtiyatda olan polis polkovniki, hazırda siyasi fəaliyyətlə məşğul olan Sayat Şirinyan Ankaraya başsağlığı verənləri qınayaraq yalan dolu açıqlamalar verib.

O qeyd edib ki, guya məşhur "Spitak" zəlzələsi zamanı türklər onların mallarını oğurlayırlarmış: “1988-ci ildə fəlakətli zəlzələ zamanı türklərin ermənilərə hansı təbrik teleqramları göndərdiklərini xatırlayıram. Onlar Ermənistana gedən yardımı "oğurlayırdılar", boş vaqonların üzərinə “xoş arzularını yazırdılar”. Bunu sadəcə bəzilərinin yadına salmaq üçün dedim”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zəlzələ   Ermənistan  





Xəbər lenti