Banklar AFAD-a ianələrdən komissiyalar tutmayacaq
Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum - AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul edib.
Azərbaycan bank icması bütün dövrlərdə Azərbaycan xalqı və dövləti kimi qardaş Türkiyənin yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir.
Dağıdıcı zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik!
AzVision.az
Teqlər: