Kuryerlərin mopedlərini oğurlayanlar ələ keçdi - VİDEO

Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq mopedləri almaqda şübhəli bilinən Rəşad Nəsirov və Salman Abıyev də saxlanılıblar. Həmin şəxslərdən maddi sübut qismində oğurlanan mopedlər aşkar olunaraq götürülüb. Vüsal Nağıyev və digərlərinin törətdikləri oğurluq hadisələri videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.
Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Həmin şəxslər barəsində 5-ci Polis Bölməsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: