"Neftçi"nin dili qatlanan futbolçusunun son durumu

   "Neftçi"nin dili qatlanan futbolçusunun son durumu
  09 Fevral 2023    Oxunub:818
Birinci divizionun 16-cı turu çərçivəsində fevralın 8-də keçirilən Neftçi-2” – “Mingəçevir” matçının 71-ci dəqiqəsində dili qatlanmış Bakı klubunun futbolçusu Həbib İsmayılovun durumuna aydınlıq gəlib.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçu müayinədən keçib. “Neftçi-2”-nin həkimi Famil Şıxəliyev klubun rəsmi saytına açıqlamasında bu barədə məlumat verib: “Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur. Boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat həkim nəzarətində (müalicə olunduğu hospitalda - red.) qaldıqdan sonra bu gün evə buraxılacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti