Zəlzələdə valideynini itirmiş uşaqlar yalnız Türkiyədə himayəyə veriləcək

   Zəlzələdə valideynini itirmiş uşaqlar yalnız Türkiyədə himayəyə veriləcək
  09 Fevral 2023    Oxunub:702
Zəlzələdə valideynini itirmiş uşaqlar yalnız Türkiyədə himayəyə veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir.

“Ölkəmizdə baş verən zəlzələlərlə əlaqədar Azərbaycan mətbuatında yer alan bəzi xəbərlərlə bağlı uşaqlarımız üçün “Azərbaycan vətəndaşları himayədar ailə ola bilər” mövzusunda fikirlər yayılıb. Türkiyə Cümhuriyyəti Ailə və Sosial Xidmətlər Nazirliyinin zəlzələdə zərər görən uşaqların himayəyə verilməsi ilə bağlı məlumatı sadəcə Türkiyədə yaşayan vətəndaşlarımıza aiddir. Uşaqlarımızın ölkə xaricində hər hansısa bir ailəyə verilməsi, yaxud övladlığa götürülməsi məsələsi müzakirə mövzusu deyil”, - məlumatda bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti