Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov da belə radikal mövqedə olan siyasətçilərdəndir. O, 168TV-nin efirində xatırladıb ki, ölkəsi əl-ayağa düşərək dağıdıcı zəlzələdən zərər çəkən Türkiyəyə 27 xilasedici göndərsi.
Şarmazanov gileyləndi: "Pelosini canlı verdilər Xankəndi aksiyasını isə sayan olmadı" |
"Bu, təkcə türklərə simpatiya deyil, şərəfsizcəsinə yaltaqlıqdır. Mən bir sirr açacağam. Əgər yalan deyirəmsə, qoy Paşinyan səs yazısını dərc etdirsin. Paşinyan 2020-ci il oktyabrın 19-da mənim də iştirak etdiyim parlamentdənkənar qüvvələrlə görüşdə bildirdi ki, Ermənistanın hərbi qüvvələrinin məğlubiyyətinin əsas səbəbi "Bayraktar"lar olub. Bu "Bayraqtar" silahlarını kim istehsal edib? Türkiyə. Yaxşı, Nikol, əgər türk PUA-larının uşaqlarımızı öldürdüyünü etiraf edirdinsə, bundan sonra niyə belə oyunları oynayırsan?", - Şarmazanov son günlər revanşistlərin səsləndirdiyi bənzər tezislərlə çıxış edib.
Tural Tağıyev
AzVision.az