Bildirilir ki, general-mayorun vəzifədən uzaqlaşdırılması ilə bağlı müvafiq əmri Ermənistanın müdafiə naziri Suren Papikyan imzalayıb.
Qeyd edək ki, Vardan Avetisyan 2016-cı il noyabrın 16-da müdafiə nazirinin müşaviri təyin edilib. O, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
İkinci Qarabağ müharibəsindən sonra isə Ermənistan ordusunda rekord sayta
həbs və vəzifədən uzaqlaşdırılma halları baş verib. Bu sırada generalların çoxluğu diqqət çəkir.
Tural Tağıyev
AzVision.az