Erməni general-mayor ordudan qovuldu

   Erməni general-mayor   ordudan qovuldu
  10 Fevral 2023    Oxunub:2850
Ermənistan müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan vəzifədən qovulub. AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
Bildirilir ki, general-mayorun vəzifədən uzaqlaşdırılması ilə bağlı müvafiq əmri Ermənistanın müdafiə naziri Suren Papikyan imzalayıb.

Ermənistan prezidenti general-mayoru ordudan uzaqlaşdırdı
Qeyd edək ki, Vardan Avetisyan 2016-cı il noyabrın 16-da müdafiə nazirinin müşaviri təyin edilib. O, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

İkinci Qarabağ müharibəsindən sonra isə Ermənistan ordusunda rekord sayta həbs və vəzifədən uzaqlaşdırılma halları baş verib. Bu sırada generalların çoxluğu diqqət çəkir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Ordu   General  





Xəbər lenti