Siyəzəndə yol qəzasında 3 nəfər ölüb

   Siyəzəndə yol qəzasında 3 nəfər ölüb
  11 Fevral 2023    Oxunub:1123
Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin məlumata görə, qəza zamanı “Audi” markalı avtomobillə yük maşını toqquşub. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti