Ceyhun Bayramov : "Hələ də məlumat ala bilmədiyimiz vətəndaşlarımız var"

   Ceyhun Bayramov : "Hələ də məlumat ala bilmədiyimiz vətəndaşlarımız var"
  11 Fevral 2023    Oxunub:1031
“Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu müddət ərzində Azərbaycanın 5 vətəndaşının zəlzələ zonasında həlak olması təsdiq edilib:

“Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərar alınıb. Digər 4 nəfərin isə Azərbaycana aparılması istiqamətində işlər davam edir. Eyni zamanda hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".

AzVision.az


Teqlər:





Xəbər lenti