İlham Əliyev: "İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır"

Dövlət başçısı deyib ki, ilk növbədə, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir: “Siz də öz çıxışınızda qeyd etdiniz ki, Prezident Mattarellanın Azərbaycana səfəri, mənim İtaliyaya səfərlərim bu əlaqələri daha da gücləndirir. Əlbəttə ki, yanvarın 11-dən bu günə qədər İtaliya hökumətinin üç nazirinin Azərbaycana gəlməsi çox önəmli və deyə bilərəm ki, fövqəladə bir hadisədir. Bu səfərlər zamanı biz həm hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etmişik və edəcəyik”.
AzVision.az
Teqlər: