Zəlzələ bölgəsindən 433 azərbaycanlı Bakıya gətirib

   Zəlzələ bölgəsindən 433 azərbaycanlı Bakıya gətirib
  13 Fevral 2023    Oxunub:874
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir.
AzVision.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata istinadən xəbər verir ki, AYNA tərəfindən təşkil olunan 11 təxliyə avtobusu ilə indiyədək 433 vətəndaşımız Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib.

“Vətəndaşlar ödənişsiz şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatdırlır. Hazırda sərhəddə ehtiyat avtobusları da mövcuddur”, - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti