Dünya iqtisadiyyatı 2,8 trilyon dollar itirə bilər

   Dünya iqtisadiyyatı 2,8 trilyon dollar itirə bilər
  13 Fevral 2023    Oxunub:881
“Ukrayna münaqişəsi səbəbindən qlobal iqtisadiyyatın itkiləri 2,8 trilyon dollar təşkil edə bilər”.
Bunu Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi bəyan edib. “Təəssüf ki, bu gün biz Rusiya və Ukrayna arasında müharibənin şahidi oluruq, buna görə dünya təxminən 2,8 trilyon dolları itirmək riski altındadır”, - nazir bildirib. O əlavə edib ki, Ukrayna böhranı səbəbindən nüvə müharibəsinin başlaması riski var.

Daha əvvəl “Politico” mənbələrə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinin bir hissəsi olaraq Dubayda yerləşən gəmiçilik şirkətinə qarşı məhdudiyyət tətbiq edə bilər. Şirkət Rusiyaya neft sanksiyalarından yan keçməsinə kömək etməkdə şübhəli bilinir.


AzVision.az


Teqlər:





Xəbər lenti