Uşaqlara daun sindromlu olmasına dair saxta sənəd verirmiş
İstintaq zamanı Arif Hacıyevin həmin xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək daun sindromu olmayan şəxslərə qanunsuz əlillik dərəcələrinin təyin edilməsi üçün rəsmi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Arif Hacıyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər: