Ötən il 79 qadın məişət zorakılığı törədib

   Ötən il 79 qadın məişət zorakılığı törədib
  14 Fevral 2023    Oxunub:1809
2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan 544 müraciətdən psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib.
Bu barədə AzVision.az -a komitədən xəbər verilib. Bildirib ki, şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Qeyd edək ki, zorakılıq törədənlərin 470 nəfəri kişi, 79 nəfəri isə qadındır.

AzVision.az


Teqlər:



Xəbər lenti