Türkiyəyə kömək üçün müəllimlərdən məcburi pul yığılır? - Rəsmi cavab

   Türkiyəyə kömək üçün müəllimlərdən məcburi pul yığılır? -    Rəsmi cavab
  14 Fevral 2023    Oxunub:2288
Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə müəllimlərin əmək haqlarından məcburi şəkildə pul tutulması məsələsinə aydınlıq gətirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından (AGMA) AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu kampaniya könüllü həyata keçirilir.

AGMA baş vermiş hadisə ilə əlaqədar müəllimlərin çoxsaylı istəklərini nəzərə alaraq qardaş Türkiyəyə yardım məqsədilə ianə kampaniyası başladıb. Kampaniya çərçivəsində tamamilə könüllü toplanan vəsait elm və təhsil icması adından aidiyyəti üzrə Türkiyəyə göndəriləcək.

Bir daha nəzərinizə çatdırırıq ki, kampaniyaya qoşulmaq könüllüdür.

Bu istiqamətdə məcburi xarakter daşıyan hallarla bağlı +994512067971 nömrəli "Qaynar xətt" xidmətinə müraciət etməyiniz xahiş olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə zəlzələdə yaralananlara yardım məqsədilə müəllimlərin əmək haqlarından müəyyən məbləğ tutulması ilə bağlı ərizə forması göndərilib.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti