Sabahdan marketlərdə polietilen torbalar pullu olacaq
Məktubda qeyd olunur ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.
Məlumatda o da qeyd olunur ki, bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, politielen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


