Bu gündən xaricdən gətirilən telefona gömrük rüsumü tətbiq ediləcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.
Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat ala bilərsiniz. Mobil cihazın bəyan edilməsi üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://e.customs.gov.az/for-individuals/passenger-declaration .
Artıq bununla bağlı Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında da müvafiq bildirişlər göstərilir. Vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir:
“Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 200 dollardan ödənilir ”. Gömrük sərhədindən keçən mobil telefonun bəyan edilməməsi inzibati məsuliyyət yaradır.
AzVision.az
Teqlər: