Venger "Arsenal"la müqavilə yeniləyir

Venger "Arsenal"la müqavilə yeniləyir
  19 May 2014    Oxunub:1210
İngiltərənin "Arsenal"la müqaviləsi başa çatan Arsen Vengerin komandadakı gələcək taleyinə aydınlıq gəlib.
AzVision.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London təmsilçisinin İngiltərə Federasiya kubokunun finalında "Hall Siti"ni məğlub edərək (3:2) kuboku qazandığı oyundan sonra fransalı mütəxəssis "Arsenal"la yeni müqavilə imzalamağa qərar verib.

Onun qarşıdakı günlərdə "topçular"la üç il müddətinə yeni müqavilə imzalayacağı gözlənilir. Vengerin ilinə 7.5 milyon funt qazanacağı bildirilir.

Qeyd edək ki, "Arsenal" İngiltərə Federasiya kubokunu qazanaraq doqquz illik kubok həsrətinə son qoyub. London təmsilçisinin sonuncu dəfə 2005-ci ildə kubok qazanmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti