Daha bir küçə bağlanacaq
Lakin bu gün axşam saat 23:00-dan sonra Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsi asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanacaq.
Qeyd edək ki, Bakının Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində mayın 14-dən etibarən aparılan asfalt-beton örtüyünün vurulması işləri bu gün başa çatıb.
Teqlər: