Dövlət və bələdiyyə vəsaitlərinin mənimsənilməsilə bağlı 64 maliyyə yoxlaması keçirilib
Törədilən qanuna zidd əməllər nəticəsində dövlətə vurulmuş 2 milyon 147 min 485 manat maddi ziyanın hazırkı vaxtadək 589 min 537 manat hissəsinin ödənilməsi təmin edilib, həmçinin, 9 əmlak üzərinə həbs qoyulub.
Yoxlamalar zamanı aşkar edilmiş hüquqpozmalara dair prokurorluq orqanları tərəfindən 10 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, 32 halda vurulmuş zərərin ödənilməsi təmin edilib, 22 fakt üzrə isə hazırda araşdırmalar davam etdirilir.
Hazırda dövlət büdcəsinə vurulmuş ziyanın ödənilməsi üçün məqsədyönlü və ardıcıl tədbirlər görülür.
AzVision.az
Teqlər: