Çinin Rusiyadan neft idxalı rekord vurub

   Çinin Rusiyadan neft idxalı rekord vurub
  21 Fevral 2023    Oxunub:1298
Yanvarda Rusiyadan Çinə xam neft və mazut ixracı Ukraynada hərbi əməliyyat başlayandan bəri ən yüksək səviyyəyə çatıb və 2020-ci ilin aprelində qeydə alınan rekordu keçib.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" Kpler analitik şirkətinin statistikasına istinadən məlumat yayıb. Fevralın 20-nə olan məlumata görə, ötən ay Rusiyadan Çinə neft və mazutun ümumi ixracı gündəlik 1,66 milyon barrelə çatıb. Bu, Asiya ölkəsinin virusla bağlı ilkin məhdudiyyətlərindən çıxdığı 2020-ci ilin aprelində qeydə alınan əvvəlki rekorddan çoxdur.

Bundan əlavə, Rusiyanın Çinə yüksək kükürdlü mazut və mazut ixracı da yanvarda rekord həddə çatıb - gündə təxminən 142 min barel.

Çin və Hindistan Ukraynada hərbi əməliyyat başlayandan sonra Rusiya neftinin ən böyük alıcılarıdır. Çindən artan tələb ölkənin iqtisadi dirçəlişinin sürətləndiyini göstərir ki, bu da dünya neft qiymətlərini dəstəkləməyə kömək etməlidir. "İrna"nın proqnozuna görə, bu il Brent markalı neftin qiyməti bir barel üçün 100 dolları keçəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti