İrandan gətirilən 20 tona yaxın portağal zərərli çıxdı

İrandan gətirilən 20 tona yaxın portağal zərərli çıxdı
  21 Fevral 2023    Oxunub:1082
İrandan Azərbaycana gətirilən 20 tona yaxın zərərli portağal məhv edib.
Bu barədə AzVision.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. “Best Supply Company” MMC-nin İran İslam Respublikasından idxal etdiyi 19 400 kq portağal məhsuluna Agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm - Sitrus tristeza virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.

Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti