"İrəvanla hərbi qardaşlıq ənənələrimiz yox olmayıb"- Kopırkin

   "İrəvanla hərbi qardaşlıq ənənələrimiz yox olmayıb"-    Kopırkin
  22 Fevral 2023    Oxunub:895
"Ermənistan bizim üçün yaxın müttəfiq sayılır və bu, Rusiya Federasiyasının ölkə rəhbərliyi səviyyəsində bəyan etdiyi kimi, danılmaz faktdır".
AzVision.az xəbər verir ki, bunu Sputnik Ermənistan-a Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Rusiya Ermənistana silahlanmada kömək edir” - Sergey Kopırkin
"Əlbəttə ki, müdafiə və təhlükəsizlik qarşılıqlı fəaliyyətimizin əsas sahələrindən biridir. Əsrlər boyu formalaşmış hərbi qardaşlıq ənənələri yox olmayıb. Bu, nəinki iki dövlət, həm də xalqalr, insanlar arasında münasibətlərin çox mühüm tərkib hissəsidir”, - Kopırkin qeyd edib.

Səfir müdafiə sektorunda əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"Mən bizim müttəfiqlik münasibətlərimizə, təhlükəsizlik sahəsində əməkdaşlığa alternativ görmürəm. Bu, ölkələrimizin maraqlarına uyğundur", - rusiyalı diplomat bildirib.

O vurğulayıb ki, dünyada, regionda baş verən proseslər, ölkələrin üzləşdiyi çağırışlar Ermənistanla Rusiya arasında münasibətləri daha da aktuallaşdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   Səfir  





Xəbər lenti