Kreml səfir vasitəsilə Paşinyana mesaj göndərdi

   Kreml səfir vasitəsilə Paşinyana mesaj göndərdi
  22 Fevral 2023    Oxunub:950
"Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xüsusi missiyası var. O daima erməni rəsmilərinə xatırladır ki, Ermənistanın müttəfiqi Rusiyadır və İrəvan Kremldən uzaqlaşa bilməyəcək".
AzVision.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

- Kopırkin yenə deyib ki, iki ölkənin bütün sahələrdə əməkdaşlığı mövcuddur. Bununla Kreml öz səfiri vasitəsilə baş nazir Nikol Paşinyana mesaj göndərir ki, “Sən istəsən də Rusiyadan qopa bilməyəcəksən”. “Təkcə dövlətlərimiz arasında deyil, həm də xalqlar, insanlar arasında geniş münasibətlər var” - deyən səfir iki ölkə arasında müttəfiqlik münasibətlərində, o cümlədən təhlükəsizlik sahəsində alternativ görmədiyi fikrini də təkrarlayıb.

Buna baxmayaraq, Paşinyan Kremlin istəyinin əleyhinə olaraq avropalı müşahidəçiləri Ermənistanda yerləşdirib. Ermənistanın baş nazirnin avropalılara böyük ümidi var. Bu o deməkdir ki, Kremlin və səfir Kopırkinin xəbərdarlıqları işə yaramır, - ekspert qeyd edib.

"İrəvanla hərbi qardaşlıq ənənələrimiz yox olmayıb"- Kopırkin
Elxan Şahinoğlunun sözlərinə görə, bu gedişlə Moskva Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək. Bu alətlərdən ən mükəmməli təbii qazdır.

- Rusiya Ermənistan üçün qazın qiymətini artıra və ya mavi yanacağın verilməsində kəsintilər yarada bilər. Bu halda Paşinyan Tehrana müraciət edərək İrandan nəql etdiyi qazın həcmini artırmasını istəyəcək. Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə, Kremlin planını pozmuş olacaq və bu Rusiya-İran münasibətlərində suallar yaradacaq,- politoloq deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   Səfir  



Xəbər lenti