Almaniya bu qışı Rusiya qazı olmadan yaşaya bildi...

   Almaniya bu qışı Rusiya qazı olmadan yaşaya bildi...
  22 Fevral 2023    Oxunub:696
Almaniya bu il qışdan Rusiya qazı olmadan sağ çıxa bilib.
Bloomberg analitiklərə istinadən bildirib ki, Berlin buna Niderland və Norveçdən qaz, həmçinin mayeləşdirilmiş təbii qaz və kömür idxalı sayəsində nail olub. Bununla belə, analitiklər Rusiyadan enerji təchizatının dayandırılmasının bir hissəsi kimi Almaniyanın üzləşdiyi bir sıra çətinlikləri qeyd ediblər. Onların fikrincə, Almaniyanın yaxın iki ildə əsas problemi maye qazı əsas yük mənbəyi kimi cəlb etməkdir. Norveç və Niderlanddan yanacaq tədarükünə gəlincə, onların qaz ixracını artırmaq üçün limiti var.

“Həmçinin, 2024-cü ilə qədər Niderlandda Qroningen yatağının ekoloji səbəblərə görə bağlanması Almaniyaya boru kəməri qazının tədarükünü azaldan amil ola bilər. İndi bu yataq Almaniyaya verilən yanacağın çox hissəsini istehsal edir” - məqalədə deyilir.
Nəşr yazıb ki, bu qışda hava şəraiti əlverişli idi, sonrakı qışlarda vəziyyət Almaniyanın istədiyi kimi olmaya bilər.

Bundan əlavə, Almaniya kömürdən istifadəni davam etdirməli olacaq və elektrik stansiyaları maksimum gücü ilə işləyəcək. Çinin maye qaza tələbatının artması ehtimalı da Almaniya üçün problemdir.

“Hazırda Almaniya ümumi elektrik enerjisinin 30%-dən çoxunu kömürdən istehsal edir və bu, ölkə hökuməti üçün siyasi xərclərə səbəb olur”, - nəşr qeyd edir.





Teqlər:





Xəbər lenti