Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin ilk üzvlərindən olmuş, hazırda müstəqil politoloq kimi fəaliyyət göstərən Zədüşt Əlizadənin son açıqlamaları birmənalı qarşılanmayıb. Onun AXC İdarə Heyətinin ilk üzvlərindən olmuş, hazırda Milli İstiqlal Partiyasını lideri olan Etibar Məmmədov barədə işlətdiyi fikirlər qarşı tərəfin etirazına səbəb olub.
AMİP lideri E.Məmmədovun sözçüsü Əli Orucov Teleqraf.com-a deyib ki, “Tiyan altından çıxmış və buna görə də həmişə üzü qara olan Zərdüşt Əlizadə bilməlidir ki, Etibar Məmmədov 1992-ci ildə artıq AXC sıralarında deyildi. Müdrik adamlar yaşlaşdıqca kamilləşdiyi halda, Zərdüşt Əlizadə kimiləri qocaldıca axmaqlayırlar. Hesab edirəm ki, onun söylədikləri də səfeh və xəstə insanların növbəti sayaqlamalarından başqa bir şey deyil. Ona görə də belələrinə baş qoşmağa dəyməz”.