Deputat: “Bu gün rəqib kimi görünənlər sabah müttəfiq ola bilərlər”

   Deputat:    “Bu gün rəqib kimi görünənlər sabah müttəfiq ola bilərlər”
  24 Fevral 2023    Oxunub:1095
Milli Məclisin plenar iclasında Azərbaycan-Ermənistan şərti sərhəddində və Qarabağda yaşanan son hadisələri şərh edən deputat Sahib Alıyev, bunların arxasında gizlənə biləcək məqamlara aydınlıq gətirib.
Diqqəti Rusiyanın Ukraynaya qarşı əsl savaşa çevridiyi olayların birinci ildönümündə Azərbaycan-Ermənistan şərti sərhəddində və Qarabağda baş verən insidentlərə yönəldən millət vəkili, bu savaşın 20-ci əsrdən qalma dünya reallığını dəyişsə də, bunda mühüm rol oynayan dövlətlərin qətiyyən dəyişmədiklərini və öz imperialist mahiyyətlərini qoruyub saxladıqlarını qeyd edib.

“Həmin dövlətlərdən biri də Fransadır. O Fransa ki, Prezidenti bizim regionda Napoleonluq etməyə çalışır. Halbuki müsyö Makron Napoleondan boyca 21 sm böyük olsa da, digər göstəriciləri ilə belə demək mümkünsə, kilometrlərlə geridədir. Elə Fransa da o Fransa deyil, sadəcə yırtıcı mahiyyəti qalmaqdadır. Sözü gedən dövlətin Ermənistana jandarmlarını göndərməsinin arxasında da haylara sevgi yox, yırtıcılıq durur. Məhz bəzi yırtıcı dövlətlərin təhriki ilə, yaxud da onlara güvənilərək bizim üçün yetərincə uğurlu keçən Münxen görüşündən sonra regionda yenidən gərginlik yaradılır”, - Sahib Alıyev bildirib.

Deputat Qarabağdakı Rusiya sülhməramlılarının gözü qarşısında erməni ordumuzun mövqelərinin atəşə tutulmasının bu gün regionda rəqib kimi götünən qüvvələrin sabah müttəfiq ola biləcəkləri ehtimalını səsləndirib. O, bu məsələdə İranı anti-Azərbaycan mövqeyindən çəkinməyə çağırıb.

- Mən bu fikirdəyəm ki, Azərbaycan ordusunun mövqelərinin təkcə şərti sərhəddə deyil, Qarabağda Rusiya hərbi kontingentinin gözü qarşısında atəşə tutulması bu gün rəqib kimi görünənlərin sabah müttəfiqlik edə biləcəklərindən xəbər verir. Və yeri gəlmişkən, könlündən onlara yandaşlıq keçən bir ölkə də var-“şeytan” adlandırdıqlarının qulağının dibinə mülki missiya adı altında de-fakto hərbçilərini və kəşfiyyatçılarını göndərmələrindən nəinki narahat olan, əksinə bunu alqışlayan İran.
İmperialistlərlə hər şey aydındır, ona görə də mən bu yüksək kürsüdən onların əlində alət olan qonşularımıza səslənirəm, Tehrandakı qardaşlarınız yəqin sizə deməyiblər həzrət Əlinin çox ibrətamiz bir fikri var, orada bildirilir ki, əgər biri səni aldadıbsa, ona lənət, başına ikinci dəfə də eyni oyunu gətirirsə, sənə lənət. Ötən əsrdə Fransa tərəfindən necə aldadıldığınızı yəqin xatırlayırsınız, eləcə də süzereninizin 1914-21-ci illər arasında sizinlə davranışındakı fərqləri yadınıza salın, alətlikdən əl çəkin, lənətlənməyin! Bilin ki, Fransa bu regiona 100 min jandarm göndərsə də, İran onları əmmamə, təsbeh, üzük və başqa nə iləsə təmin etsə də, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi biz yarımçıq qalmış işlərimizi tamamlayacağıq”,
– millət qeyd edib.

Sahib Alıyev Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycana qayıdışla bağlı keçirdiyi sorğuda rəyi öyrənilənlərin dörddən üçünün, yaşları 18-24 arasında olanların isə 84%-inin oradakı yurd yerlərimizə dönəcəyimizi real saydıqlarını əsas gətirərək, bunun təkcə istək yox, əzmlilik, millətinin və dövlətinin gücünə əminliyin göstəricisi olduğunu vurğulayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Qarabağ  





Xəbər lenti