Babayan: "Harada yatdığımı özüm bilərəm"

   Babayan:    "Harada yatdığımı özüm bilərəm"
  24 Fevral 2023    Oxunub:1408
Xankəndidəki qondarma rejimin keçmiş "müdafiə naziri" Samvel Babayan maraqlı açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, Qarabağa Ruben Vardanyanın yerinə təyin olunmaq üçün qayıtması barədə yayılan şayələrə sərt şəkildə reaksiya verib.
"Birincisi, mənim Qarabağda qəfl peyda olmağım haqda səslənən iddialara cavab verim. Mən ailəmlə birgə burada qeydiyyatdayam və Qarabağda yaşayırıq. Harada gecələməyimə gəldikdə isə bu mənim şəxsi işimdir. Əgər Qarabağda hər hansı bir vəzifə tutsaydım, o zaman cavabdeh olardım ki, niyə Ermənistanda qalıram və s. Yolların bağlı olduğu indiki şəraitdə mənim Xankəndiyə gəlib -getməyimin müzakirə olunması çox maraqsız bir məşğuliyyətdir.

Yaxşı ki, açıq şəkildə ittiham edirlər. Bu onu göstərir ki, 20 ildə nə qədər cinayət törətmisiniz, Qarabağ ermənilərindən oğurlanmış pullarla medianı almağa hazırsınız.Təki Babayan bura gəlməsin, hər şey edərsiz...

Əgər doğru-düzgün debat təşkil etsəniz sizin yalançı patriotizminizi də faş edərəm. Regionda ən güclü orduya malik olduğumuzu yalandan deməyinizə, büdcəni şəxsi ciblərinizə yönəltməyə, insanlara hesabat vermək üçün deyil, şəkil çəkdirmək üçün hərbi parad keçirməyinizə nəhayət ki, xalq 2020-ci ildə əmin oldu".

Xatırladaq ki, son günlər bəzi erməni saytları 1994-2000-ci illərdə qondarma rejimin "müdafiə ordusunun" rəhbəri olmuş Samvel Babayanın Xankəndidə mühüm vəzifə tutmağa hazır olduğunu yazır. Qarabağda olan əksər separatçılar isə ona qarşı çıxırlar. Hətta siyasətçilərdən biri "Samvel Nikol Paşinyanın tezislərini gündəmə gətirir” deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti