"1991-ci ildəki sərhədlər olmadan sülh mümkün deyil" - Podolyak
Söhbət sülhdən yox, müharibənin dondurulmasından, Ukraynanın məğlubiyyətindən, rus soyqırımının növbəti mərhələlərindən gedir. Ukraynanın mövqeyi məlumdur - Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çəkilməsidir”, - Podolyak Twitter-də yazıb.
Bundan əvvəl Çin Rusiya ilə Ukrayna arasında münaqişənin 12 bənddən ibarət nizamlanma planını təqdim edib. Pekin hesab edir ki, münaqişəyə son qoymaq üçün atəşi dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır.
Çin öz planında sərhədlər mövzusuna toxunmayıb və rus qoşunlarının çıxarılmasını tələb etməyib. Planın açıqlanması ərəfəsində ABŞ Dövlət Departamenti sənədə şübhə ilə yanaşdıqlarını bildirib. NATO isə plana münasibət bildirərək, Çinə güvənmədiyini bildirib. Avropa İttifaqı Çin və Rusiya arasındakı münasibətləri nəzərə alaraq sənədi nəzərdən keçirəcəyini vəd edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: