DYP təqibindən qaçan "Prius" - VİDEO

DYP təqibindən qaçan "Prius" -    VİDEO
  25 Fevral 2023    Oxunub:1660
Bakının Binəqədi rayonunda “Prius” DYP təqibindən qaçmağı bacarıb.
Süni tıxacla qarşısı alınan “Toyota Prius” markalı avtomobilin sürücüsü DYP əməkdaşının qanuni əmrinə tabe olmayıb.

Belə ki, sutkanın qaranlıq vaxtı “Saxla” əmrinə məhəl qoymayan sürücü hərəkət istiqamətinin əksinə, geriyə hərəkət edib.

DYP avtomobili onun ardınca düşsə də, “Prius” ara küçələrdən birinə girməklə təqibdən qaçmağı bacarıb.

AzVision.az



Teqlər:





Xəbər lenti