Kürdə suyun səviyyəsi 12 santimetr azalıb

Kürdə suyun səviyyəsi 12 santimetr azalıb
  27 Fevral 2023    Oxunub:658
Fevralın 27-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi 2, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində 5, Viləşçayın Şıxlar məntəqəsində 3 santimetr artıb. Təngərüdçayın Vaqo və Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Toğana, Gəncəçayın Zurnabad məntəqələrində suyun səviyyəsi dəyişməyib. Şəmkirçayın Qalakənd məntəqəsində 8 santimetr azalma qeydə alınıb. Zəyəmçayın Ağbaşlar məntəqəsində isə 1 santimetr artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 180 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 93 faizinə bərabərdir, sululuq keçən il ilə müqayisədə 7 faiz azdır.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 26,7 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 35 faizini təşkil edir. Sululuq keçən il ilə müqayisədə 14 faiz çoxdur.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 12 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 61 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 10 faizinə bərabərdir. Sululuq keçən il ilə müqayisədə 65 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 97 santimetr təşkil edib. Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 46 santimetr olub.

AzVision.az



Teqlər:





Xəbər lenti