Simonyan: "Sülh sazişi ilə bağlı konsensuslar əldə olunub"
"Mən detalları səsləndirə bilmərəm. Çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişləri var və onlar orada qeyd olunur. Bunlar ümumi müddəalardır", - spiker deyib.
Eyni zamanda, Simonyan qeyd edib ki, İrəvan birmənalı olaraq sənədin mətninə Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək “bombalar”ın daxil edilməsinin əleyhinədir. Onun sözlərinə görə, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı heç bir müddəa olmamalıdır.
Simonyan Ermənistan tərəfinin təkliflərinə Bakının reaksiyası barədə məlumatı olmadığını da bildirib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Sülh Ermənistan Azərbaycan